...

BMT-nin baş katibi Somalidəki terror aktını qınayıb

Dünya xəbərləri Materials 29 Dekabr 2019 04:17 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş Somalidə baş verən terror aktını qınayıb
BMT-nin baş katibi Somalidəki terror aktını qınayıb

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Somalidə baş verən terror aktını qınayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrikin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Baş katib dekabrın 28-də Moqadişoda baş verən terror aktını qətiyyətlə pisləyir. Baş katib terror aktını həyata keçirənləri məsuliyyətə cəlb etməyə çağırıb".

Xatırladaq ki, ötən gün Somalinin paytaxtı Moqadişoda partlayıcı maddalərlə doldurulmuş avtomobil partladılıb. Partlayış nəticəsində ölkə parlamentinin üzvü Abdirizak Məhəmməd də daxil olmaqla təxminən 90 nəfər həlak olub, 125 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti