...

Silahlılar yanacaq doldurma məntəqəsinə hücum ediblər, ölənlər var

Dünya xəbərləri Materials 29 Dekabr 2019 09:00 (UTC +04:00)
Meksikanın Quanaxuato ştatında naməlum silahlılar yanacaq doldurma məntəqəsinə hücum ediblər
Silahlılar yanacaq doldurma məntəqəsinə hücum ediblər, ölənlər var

Bakı. Trend:

Meksikanın Quanaxuato ştatında naməlum silahlılar yanacaq doldurma məntəqəsinə hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlılar Urianqato rayonunda yerləşən yanacaq doldurma məntəqəsində insanlara atəş açıblar.

Məlumata əsasən, silahlı insident nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Bildrilir ki, naməlum silahlılar hadisə yerindən qaçıblar. Yaralananlar xəstəxanalara çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti