...

Avropa İttifaqı Şurasının sədri Ərdoğanla regiondakı gərginliyi müzakirə edəcək

Dünya xəbərləri Materials 8 Yanvar 2020 15:57 (UTC +04:00)
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel yanvarın 11-də Türkiyəyə səfər edəcək
Avropa İttifaqı Şurasının sədri Ərdoğanla regiondakı gərginliyi müzakirə edəcək

Bakı. Trend:

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel yanvarın 11-də Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Qeyd olunur ki, Ş.Mişel regionda gərginliyin azaldılması üçün dialoqun tərəfdarıdır:

“Türkiyə regionda sabitliyin təmin olunmasında vacib iştirakçıdır və Avropa İttifaqı Şurasının sədrinin İstanbula səfəri bununla bağlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti