...

Liviyada atəşkəs elan olunub

Dünya xəbərləri Materials 12 Yanvar 2020 12:41 (UTC +04:00)
Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib
Liviyada atəşkəs elan olunub

Bakı. Trend:

Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilib: "Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq, prezident şurasının başçısı və Liviya ordusunun ali baş komandanı yanvarın 12-si gecə yarısından atəşkəs elan edib".

Qeyd edək ki, daha əvvəl feldmarşal Xəlifə Haftarın Liviya Milli Ordusu da döyüşlərin dayandırılmasına razı olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti