...

İran Xarici İşlər Nazirliyi Britaniya səfirinin hərəkətlərini "açıq müdaxilə" adlandırıb

Dünya xəbərləri Materials 14 Yanvar 2020 05:48 (UTC +04:00)
İran XİN-i, Britaniyanın ölkədəki səfiri Robert Makerin dekabrın 11-də keçirilən etiraz aksiyasında iştirakını ölkənin daxili işlərinə "açıq müdaxilə" hesab edir
İran Xarici İşlər Nazirliyi Britaniya səfirinin hərəkətlərini "açıq müdaxilə" adlandırıb

Bakı. Trend:

İran XİN-i, Britaniyanın ölkədəki səfiri Robert Makerin dekabrın 11-də keçirilən etiraz aksiyasında iştirakını ölkənin daxili işlərinə "açıq müdaxilə" hesab edir.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İranın "Təsnim" agentliyi daha əvvəl İngiltərənin İrandakı səfiri Robert Makerın bir müddətlik tutulduğunu, lakin sonradan sərbəst buraxıldığını bildirib. İran mediası, səfirin dekabrın 11-də, Tehranda keçirilən etiraz aksiyalarında iştirak etdiyini, "təşkilatçılıq, təşviqatla məşğul olduğu və bəzi radikal hərəkətlərə yol verdiyini" söyləyib.

Xarici İşlər Nazirliyinin rəsmi "Teleqram" kanalında "İranın daxili aksiyalarından birində İngiltərə səfirinin iştirakı, ölkənin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirilib".

İranın Xarici İşlər Nazirliyi "Britaniyanın Tehrandakı səfirliyi tərəfindən hər hansı bir müdaxilə və təxribatçı hərəkətlərin dərhal dayandırılmasına" çağırıb və bu cür hərəkətlərin təkrarlanacağı təqdirdə Nazirliyinin səfiri çağırmaqla məhdudlaşmayacağını xəbərdar edib.

Bəyanatda deyilib: "Britaniyanın hər yeni səhvi İranın sərt və uyğun cavabı ilə qarşılanacaq və Britaniya hökuməti bunun üçün tam məsuliyyət daşıyacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti