...

Çində koronavirusdan ölənlərin sayı 361-ə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 Fevral 2020 04:05 (UTC +04:00)
Çində yeni növ koronavirusdan ölənlərin sayı 361 nəfərə çatıb
Çində koronavirusdan ölənlərin sayı 361-ə çatıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Çində yeni növ koronavirusdan ölənlərin sayı 361 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, virusa yoluxanların sayı 17205 nəfərə çatıb, onlardan 2296 nəfərin vəziyyəti ağırdır.

Bildirilir ki, fevralın 2-si saat 20:00 üçün 475 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.

Qeyd edilir ki, yalnız fevralın 2-si 2829 yoluxma halı və 57 ölüm faktı qeydə alınıb.

XXX

02:32

Çinin Hubey əyalətində yeni növ koronavirusa yoluxanların sayı artıb.

Trend-in "Reuter"ə istinadən verdiyi məlumata görə, əyalətdə yeni növ koronavirusa daha 2103 nəfər yoluxub və yoluxanların ümumi sayı 11,1 mini keçib.

Eyni zamanda yeni növ koronavirusdan ölənlərin də sayı artaraq 350 nəfərə çatıb.

Daha əvvəl Hubey əyalətində 9 mindən artıq yoluxma halı və 294 ölüm faktı qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti