...

Rusiya koronavirusa görə daha bir ölkəyə səfərləri məhdudlaşdırdı

Dünya xəbərləri Materials 3 Fevral 2020 17:10 (UTC +04:00)
Rusiya fevralın 3-dən etibarən Şimali Koreyaya sərnişin qatarlarının hərəkətini dayandırıb
Rusiya koronavirusa görə daha bir ölkəyə səfərləri məhdudlaşdırdı

Bakı. Trend:

Rusiya fevralın 3-dən etibarən Şimali Koreyaya sərnişin qatarlarının hərəkətini dayandırıb.

Trend-in məlumatına görə, iki ölkə arasındakı Xasan-Tumanqan sərhəd keçid məntəqəsindən qatarların buraxılması qeyri-müəyyən müddətə dayandırılıb.

Qərarın koronavirusun yayılması ilə əlaqədar atıldığı qeyd edilir.

Xatırladaq ki, bir neçə gün Rusiya Çindən qatarların hərəkətini dayandırmış, daha sonra bütün sərhədin bağlandığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti