Bakı. Trend:
İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus xəstəliyi barədə saxta video yayan şəxsi saxlayıb.
Trend-in məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları sosial şəbəkələrdə "Kürdüstanda (İranın qərbindəki əyalət - red.) ilk koronavirusa yoluxan şəxsin xəstəxanaya yerləşdirilməsi" adlı videonun yayımlanması ilə maraqlanıblar və xəbərin yalan olduğunu müəyyən ediblər.