...

Ermənistanda sabiq nazir 3,7 milyon dolların israf edilməsində ittiham edilir

Dünya xəbərləri Materials 8 Fevral 2020 21:56 (UTC +04:00)
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan 1,747 milyard dram (təxminən 3,7 milyon dollar) dövlət vəsaitini israf edilməsində ittiham edilir
Ermənistanda sabiq nazir 3,7 milyon dolların israf edilməsində ittiham edilir

Bakı. Trend:

Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan 1,747 milyard dram (təxminən 3,7 milyon dollar) dövlət vəsaitini israf edilməsində ittiham edilir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytında deyilir.

Məlumatda bildirilir: "Ermənistanın sabiq maliyyə naziri öz müavini ilə ilkin razılığa girərək ölkənin gömrük sisteminin ehtiyacları üçün 2 milyard 282 milyon dram dəyərində 8500 elektron kilid alıb, halbuki cəmi 2000 kilidə ehtiyac olub. 2019-cu ilin oktyabr ayı üçün olan məlumatlara əsasən, cəmi 251 kilid istifadə edilib. Nəticədə dövlətə ciddi maddi ziyan vurulub".

Maliyyə nazirinin sabiq müavini də bu işə ittiham edilən qismində cəlb edilib. O, 2018-ci ildə ölkəni tərk etdiyinə görə beynəlxalq axtarışa verilib.

Ermənistanın sabiq maliyyə naziri avqustun 30-da həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti