Bakı. Trend:
Yaponiyanın Yokohama limanında İki həftəlik karantində olan "Diamond Princess" kruiz laynerində 34 sərnişinin və gəminin bir heyət üzvünün koronavirusun yeni növünə yoluxduğu məlum olub.
Trend-in verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Kaçunobu Kato məlumat verib.
Beləliklə, "Diamond Princess" laynerində koronavirusa yoluxanların ümumi sayı 175 nəfərə çatıb. Yeni yoluxan şəxslərin vətəndaşlıq mənsubiyyəti haqqında məlumat verilmir.