...

Türkiyədə daha bir zəlzələ olub

Dünya xəbərləri Materials 13 Fevral 2020 23:02 (UTC +04:00)
Türkiyə Elazığ əyalətində 3,5 bal gücündə zəlzələ baş verib
Türkiyədə daha bir zəlzələ olub

Bakı. Trend:

Türkiyə Elazığ əyalətində 3,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 17:28-də qeydə alınan yeraltı təkanların episentri Sivrice rayonundan 3 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl "UTC" vaxtı ilə saat 16:30-da Elazığ əyalətində 3,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Sivrice rayonundan 7 kilometr şimalda, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti