...

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 22 Fevral 2020 08:49 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyada yeni növ COVID-19 koronavirusuna daha 142 nəfər yoluxub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 346 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 75891 nəfərə çatıb. Yoluxanlardan 2345 nəfər ölüb, 20659 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti