...

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Fevral 2020 08:50 (UTC +04:00)
Cənubi Koreyada daha 334 nəfər yeni növ COVID-19 koronavirusuna yoluxub
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb

Bakı. Trend:

Cənubi Koreyada daha 334 nəfər yeni növ COVID-19 koronavirusuna yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1595 nəfərə çatıb. Bildirilir ki, yeni yoluxma hallarından 307-ci Tequ şəhərində qeydə alınıb.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti