...

Türkiyədə sərnişin gəmisi saya oturdu

Dünya xəbərləri Materials 27 Fevral 2020 15:55 (UTC +04:00)
Türkiyənin Çanaqqala vilayətində, Mərmərə dənizi sahilində sərnişin gəmisi saya oturub
Türkiyədə sərnişin gəmisi saya oturdu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Çanaqqala vilayətində, Mərmərə dənizi sahilində sərnişin gəmisi saya oturub.

Trend-in məlumatına görə, gəmidə 50-dən çox sərnişin var.

Hazırda sahil-mühafizə xidmətinin xilasediciləri sərnişinləri gəmidən təxliyə edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlərin həyatına təhlükə olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti