...

İtaliyada yeni növ koronavirusa yoluxanların sayı min nəfəri ötüb

Dünya xəbərləri Materials 1 Mart 2020 01:29 (UTC +04:00)
İtaliyada yeni növ koronavirusa yoluxanların 1049 sayı nəfərə çatıb
İtaliyada yeni növ koronavirusa yoluxanların sayı min nəfəri ötüb

Bakı. Trend:

İtaliyada yeni növ koronavirusa yoluxanların 1049 sayı nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli deyib.

A.Borrelli bildirib: "Müsbət xəbərlərdən başlayaq, 4 nəfər sağalıb, onlar Liquriyadandır. Hazırda bizdə yoluxan 1049 nəfər var. 29 nəfər ölüb, 50 nəfər sağalıb".

Onun sözlərinə görə, yoluxan şəxslərdən 52 faizi ev karantinində saxlanılır.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,2 min nəfər yoluxub, onlardan 2835 nəfəri ölüb, 39 mindən çoxu isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti