...

Rejissor Polanski mükafatını almağa gələ bilmədi

Dünya xəbərləri Materials 1 Mart 2020 21:29 (UTC +04:00)
Roman Polanskinin "Zabit və Cəsus" filmi ən yaxşı rejissura, adaptasiyaya və kostyumlara görə üç "Sezar" mükafatına layiq görülüb
Rejissor Polanski mükafatını almağa gələ bilmədi

Bakı. Trend:

Roman Polanskinin "Zabit və Cəsus" filmi ən yaxşı rejissura, adaptasiyaya və kostyumlara görə üç "Sezar" mükafatına layiq görülüb. Film ümumilikdə 12 kateqoriyada nominasiya olunub.

Trend-in məlumatına görə, Fransanın "Sezar" kino mükafatlarının təqdimatı Parisdə rejissor R.Polanskinin ətrafında baş verən iğtişaşlar və qalmaqallar fonunda baş tutub. Rejissor mükafatlandırma mərasimində iştirak etməkdən imtina edib.

Xatırladaq ki, R.Polanski bir neçə qadın tərəfindən təcavüzdə günahlandırılır. Hüquq müdafiəçiləri ümumiyyətlə "Sezar" tədbirinin boykotuna çağırıblar.

86 yaşlı Roman Polanski Avropada, əsasən Fransada yaşayır və filmlər çəkir. O, ABŞ-dan 1978-ci ildə qaçıb və adı interpolun axtarış siyahılarında yer alır. Lakin Fransa öz vətəndaşlarını başqa ölkələrə ekstradisiya etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti