...

İranda koronavirus səbəbilə uçuşlar xeyli azalıb

Dünya xəbərləri Materials 2 Mart 2020 12:12 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu İranın Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani ILNA-ya açıqlamasında deyib.
İranda koronavirus səbəbilə uçuşlar xeyli azalıb

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirusun yayılması nəticəsində ləğv olunan uçuşların sayı həddindən artıq çoxdur.

Trend-in məlumatına görə, bunu İranın Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani ILNA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, sərnişinlərin olmaması səbəbilə ötən gün bəzi uçuşlar ləğv edilib və hava yolları şirkətlərinə az sərnişinlə uçuşları təşkil etmək sərfəli deyil.

Əsədi Samani əlavə edib ki, sərnişin azlığına görə, bəzi istiqamətlərdə uçuşlar 500 min riala qədər (təxminən 11,9 dollar) azalıb.

Assosiasiya katibi bildirib ki, hələlik İranın bəzi qonşu ölkələrə hər hansı uçuş proqramı yoxdur və İran vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı müraciət olduğu halda uçuşlar təşkil edilir.

“İrandan Avropa ölkələri və əks istiqamətdə uçuşlara hər hansı məhdudiyyət tətbiq olunmayıb və Avropa ölkələrində aeroportlar sağlamlıq haqda anketlə İran vətəndaşlarını qəbul edirlər”,- deyə o qeyd edib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən gün (1 mart) 978 nəfərin yeni koronavirusa yoluxduğunu və bu virus nəticəsində 54 nəfərin öldüyünü təsdiqləyib.

İranda yeni koronavirusun yayılması ilə bir sıra qonşu ölkələr İrana uçuşları dayandırıblar.

--

Məqalədə:
Xəbər lenti

Xəbər lenti