Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron koronavirusla əlaqədar vətəndaşları yaşlı sakinlərə daha az baş çəkməyə çağırıb.
Trend-in məlumatına görə, o, bunu qocalar evində çıxışı zamanı bildirib.
Prezident deyib ki, yaşlılar bu virusa daha həssas olduqları üçün onların kənar şəxslərlə ünsiyyəti azaltmaları tövsiyə olunur:
“Bunun çətin olduğunu başa düşürəm, amma qocalara daha az baş çəkmək arzuolunandır”.