Bakı. Trend:
Sloveniyanın baş naziri vəzifəsini icra edən Maryan Şarets yeni növ koronavirus (COVID-19) səbəbindən İtaliya ilə sərhədin bağlanılması barədə göstəriş verib.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə M.Şarets özünün rəsmi "Twitter" səhifəsində bildirib.
Onun sözlərinə görə, İtaliya ilə sərhədin bağlanılması yük daşımalarınıa təsiq göstərməyəcək.
Qeyd edək ki, Sloveniyada COVİD-19 koronavirusuna ilk yoluxma halı martın 4-ü qeydə alınıb. Daha sonra ölkədə yoluxma hallarının sayı 34-ə çatıb.