...

Nyu Yorkda koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 14 Mart 2020 09:44 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Endyu Kuomo şəxsi "Twitter" səhifəsində yazıb.
Nyu Yorkda koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

ABŞ-ın Nyu York ştatında COVİD-19 koronavirusuna yoluxanların sayı 421 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Endyu Kuomo şəxsi "Twitter" səhifəsində yazıb.

E.Kuomu qeyd edib ki, Uestçesterdə yoluxanların sayı 158, Nyu York şəhərində 154, Nassau dairəsində 51, Roklend dairəsində 9, Saratoqada 3, Saffolk dairəsində 28, Alster dairəsində 5 nəfər təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti