...

İranda koronavirusa yoluxanların sayı artır

Dünya xəbərləri Materials 15 Mart 2020 14:42 (UTC +04:00)
İranda ötən sutka ərzində 1 209 nəfər yeni koronavirusa (COVID-19) koronavirusa yoluxub
İranda koronavirusa yoluxanların sayı artır

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 1 209 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend Nazirliyә istinadәn mәlumat verir.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 13 938 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ötən sutkada 113 nəfərin koronavirusdan öldüyünü deyib.

Cahanpur əlavə edib ki, ümumilikdə İranda yeni koronavirus nəticəsində 724 nəfər ölüb.

Cahanpurun sözlərinə görə, bu günədək 4 509 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti