...

Özbəkistanda koronavirusa yoluxanların sayı 4-ə çatıb

Dünya xəbərləri Materials 16 Mart 2020 06:39 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 4-ə çatıb

Bakı. Trend:

Özbəkistanda daha 3 nəfər COVİD-19 koronavirusuna yoluxub.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə ölkənin Səhiyyə Nazirliyinin mətbuat konfransından bildiriblər.

Bildirilir ki, daha əvvəl koronavirus aşkarlanan qadının oğlu və qızında da koronavirus aşkarlanıb. Bundan əlavə, martın 15-i İstanbuldan qayıdan Özbəkistan vətəndaşında da koronavirus aşkarlanıb.

Beləliklə, Özbəkistanda koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 140-dan çox ölkəsində 153 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5,7 min xəstə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti