...

Norveçdə ölkəyə daxil olan hər kəs karantinə alınacaq

Dünya xəbərləri Materials 16 Mart 2020 12:35 (UTC +04:00)
Norveç hökuməti digər ölkələrdən qayıdan bütün şəxslərin iki həftəlik karantinə alınması barədə qərar qəbul edib
Norveçdə ölkəyə daxil olan hər kəs karantinə alınacaq

Bakı. Trend:

Norveç hökuməti digər ölkələrdən qayıdan bütün şəxslərin iki həftəlik karantinə alınması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu qərar martın 17-dən qüvvəyə minəcək.

Daha əvvəl karantin İsveç və Finlandiyadan qayıdanlara şamil olunmurdu.

Karantin qaydalarını pozan şəxslər cərimələnə və ya 6 ay müddətinədək həbs oluna bilər.

Bu günədək Norveçdə koronavirusa yoluxanların sayı 1077 nəfərə çatıb. Üç nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti