Bakı. Trend:
Son sutka ərzində İtaliyada yeni koronavirusdan ölənlərin sayı 793 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər yayıb.
Epidemiyanın başlanmasından ölkədə 4825 nəfər bu virusun qurbanı olub. Sağalanların sayı 6 min nəfəri ötüb.
"Təəssüf ki, bu gün bizdə 793 ölü var. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 681 nəfər təşkil edir. Ötən günlə müqayisədə virusa yoluxanların sayı 4 871 nəfər artıb", - ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib.
Fransada COVİD-19 virusundan gün ərzində 112 nəfər dünyasını dəyişib. Ümumilikdə ölkədə ölənlərin sayı 562 nəfər təşkil edir.