Bakı. Trend:
Avropa İttifaqı (Aİ) karantin müddətində əhalinin məşğulluğunun qısamüddətli saxlanması proqramı çərçivəsində 100 milyard avro ayıracaq.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, bu vəsait insanların iş yerlərinin saxlanmasına, eləcə də biznesə kömək edəcək:
“Bu proqram sayəsində biz həyatları xilas etmək və yaşayış üçün zəruri vəsaiti təmin etmək məqsədilə üzv dövlətlərlə səylərimizi birləşdiririk. Bu, Avropa həmrəyliyidir”.