...

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Dünya xəbərləri Materials 7 Aprel 2020 16:27 (UTC +04:00)
Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb
Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Bakı. Trend:

Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb.

Trend-in məlumatına görə, 52 ölkədə 487 nəfər vəfat edib.

Ən çox yoluxma faktı Cənubi Afrika Respublikasında qeydə alınıb. Bu ölkədə 1 686 nəfər virusa yoluxub, 12 nəfər həyatını itirib.

Əlcəzairdə 1423, Misirdə 1322 yoluxma qeydə alınıb.

Koronavirusdan ölənlərin sayına görə isə Əlcəzair liderlik edir. Bu ölkədə 173 nəfər virusun qurbanı olub.

Hazırda Afrikada Lesoto və Komor adalarında koronavirus qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti