Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 98 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1006 nəfərə çatıb.
Nazir bildirib ki, ölkədə 4 747 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 47 029 nəfərə çatıb.