Bakı. Trend:
Rusiyada yeni koronavirusa yoluxanların sayı son sutkada 2 186 nəfər artıb və hazırda ölkənin 82 bölgəsində 15770 nəfər təşkil edir.
Trend-in məlumatına görə, bunu ölkənin yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahından bildiriblər.
Bildirilib ki, hazırda 291 nəfər sağalıb, 130 nəfər vəfat edib:
"Sutka ərzində 24 koronavirus xəstəsi ölüb. Rusiya üzrə bütün dövr əzində 130 nəfər həyatını itirib".