Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun isstefasını qəbul etməyib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Rabitə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Bildirilir ki, nazir istefa barədə ərizəni ölkə başçısına təqdim edib, lakin Prezident bu tələbi rədd edib: "Daxili işlər nazirinin istefası qəbul edilməyib, o, vəzifələrini icra etməyə davam edəcək".
Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində istefa verdiyi barədə öz "Twitter" səhifəsində yazmışdı.