...

Futbol üzrə dünya çempionu koronavirusdan öldü

Dünya xəbərləri Materials 17 Aprel 2020 14:52 (UTC +04:00)
İngiltərə milli komandasının tərkibində 1966-cı ildə dünya çempionu olmuş futbolçu Norman Hanter koronavirusun qurbanı olub
Futbol üzrə dünya çempionu koronavirusdan öldü

Bakı. Trend:

İngiltərə milli komandasının tərkibində 1966-cı ildə dünya çempionu olan futbolçu Norman Hanter koronavirusun qurbanı olub.

Trend-in məlumatına görə, keçmiş futbolçu 77 yaşında dünyasını dəyişib.

O, aprelin 10-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. N.Hanter "Lids" klubunun tərkibində iki dəfə İngiltərə çempionu adını da qazanıb.

Qeyd edək ki, bu günədək Böyük Britaniyada 103 mindən çox şəxs koronavirusa yoluxub, 14 minə yaxın xəstə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti