...

Kanadada sutkada koronavirusa yoluxanların sayına görə antirekord qeydə alınıb

Dünya xəbərləri Materials 18 Aprel 2020 04:45 (UTC +04:00)

Bakı. Trend:

Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1792 nəfər artaraq 31 884 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Üçüncü gündür ki, yeni yoluxma hallarının sayında artım müşahidə olunur.

Hal-hazırda 507,7 mindən çox insan koronavirusa yoluxma ilə bağlı testdən keçib. Ən çox yoluxma halları Kvebek (16798), Ontario (9525) və Alberta (2397) vilayətlərində aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti