...

Rusiyada koronavirusdan ölənlərin sayı 300-ü keçdi

Dünya xəbərləri Materials 18 Aprel 2020 12:06 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti dəfə rekord vurub
Rusiyada koronavirusdan ölənlərin sayı 300-ü keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti dəfə rekord vurub.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 785 nəfər koronavirusa yoluxub, daha 40 nəfər virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 36 793 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 313 nəfərə çatıb.

Ümumilikdə, 3 057 nəfər sağalıb, 33 423 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti