...

İtaliyada sutkada 433 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 Aprel 2020 22:26 (UTC +04:00)
İtaliyada son sutka ərzində yeni koronavirus xəstəliyinin səbəb olduğu fəsadlardan ölənlərin sayı 433 nəfər təşkil edib
İtaliyada sutkada 433 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

İtaliyada son sutka ərzində yeni koronavirus xəstəliyinin səbəb olduğu fəsadlardan ölənlərin sayı 433 nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamenti bildirib.

Beləliklə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 23,660 nəfərə çatıb.

Sağalanların sayı 47 min nəfəri keçib, son sutkada 2 128 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından bu günə qədər yoluxanların ümumi sayı 178 972 nəfərə çatıb, sutkada yeni koronavirusa yoluxma hallarının sayı 3 mindən çox artıb (3 047 nəfər).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti