...

Türkiyənin 31 əyalətində komendant saatı tətbiq ediləcək

Dünya xəbərləri Materials 20 Aprel 2020 22:22 (UTC +04:00)
Türkiyənin 31 əyalətində komendant saatı tətbiq ediləcək

Bakı. Trend:

Türkiyənin 31 əyalətində koronavirus pandemiyası səbəbilə komendant saatının tətbiq edilməsi planlaşdırılır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Biz aprelin 23-dən 26-dək 31 əyalətdə komendant saatı tətbiq etməyi planlaşdırırıq".

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 90 980 nəfər, koronavirusdan ölənlərin sayı isə 2140 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti