...

Rusiyada 173 minə yaxın insan koronavirus şübhəsi ilə tibbi nəzarətdədir

Dünya xəbərləri Materials 26 Aprel 2020 12:35 (UTC +04:00)
Rusiyada 173 minə yaxın insan koronavirus şübhəsi ilə tibbi nəzarətdədir

Bakı. Trend:

Rusiyada 173 minə yaxın insan yeni növ koronavirusa yoluxma şübhəsi ilə tibbi nəzarət altında qalır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə son sutka ərzində 158 min, ümumilikdə isə 2,8 milyondan artıq koronavirus testi keçirilib.

Bildirilir ki, Rusiyada 74 588 koronavirusa yoluxma halı təsdiqlənib, 6 250 nəfər sağalıb, 681 nəfər isə dünyasını dəyişib.

Qeyd edək ki, dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 2,7 milyonu, ölənlərin sayı isə 190 mini ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti