...

Çində koronavirusa yoluxanların sayı 723-ə düşüb

Dünya xəbərləri Materials 27 Aprel 2020 05:44 (UTC +04:00)

Bakı. Trend:

Çinin tibb müəssisələrində yeni növ koronavirus xəstəliyinin daşıyıcısı olanların sayı 77 nəfər azalaraq 723-ə düşüb, ölüm halı qeydə alınmayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Son sutkada ölkədə yalnız üç yeni yoluxma hadisəsi aşkarlanıb. Çində virusun yayılmasının bütün dövrü ərzində xaricdən gələn 1 636 xəstə qeydiyyata alınıb ki, onlardan 1 009-u artıq sağalıb. 21 apreldə dünyadakı çətin epidemioloji vəziyyətlə əlaqədar olaraq Çinin Xarici İşlər Nazirliyi vətəndaşlara xarici səfərləri dayandırmaqları barədə xəbərdarlıq edib.

Statistikaya əsasən Çində koronavirusa yoluxan insanların 93,5% sağalıb, xəstəlikdən rəsmi ölüm nisbəti 5.59 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti