...

Rac Kapurun oğlu vəfat edib

Dünya xəbərləri Materials 30 Aprel 2020 10:26 (UTC +04:00)
Məşhur Hindistan aktyoru, Rac Kapurun oğlu Rişi Kapur vəfat edib
Rac Kapurun oğlu vəfat edib

Bakı. Trend:

Məşhur Hindistan aktyoru, Rac Kapurun oğlu Rişi Kapur vəfat edib.

Trend-in məlumatına görə, Bollivud ulduzu 68 yaşında xərçəngdən dünyasını dəyişib.

O, Mumbay şəhərində xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Rişi Kapur “Mənim adım Kloundur”, “Bobbi” kimi filmlərdəki rolları ilə məşhurluq qazanıb.

1973-cü ildə “Bobbi” filminə görə Hindistanda ilin aktyoru adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti