...

Tacikistanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Dünya xəbərləri Materials 3 May 2020 00:15 (UTC +04:00)
Tacikistanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Bakı. Trend:

Tacikistanda koronavirus infeksiyasından ilk iki ölüm halı qeydə alınıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin dövlət televiziyası xəbər yayıb.

Tacikistan Səhiyyə Nazirliyi pandemiya nəticəsində iki nəfərin öldüyünü rəsmi olaraq təsdiqləyib. Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 79-a yüksəlib.

Daha əvvəl Tacikistan infeksiyanın yayılmasının qarşısını almaq üçün sərhədlərini əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bağlayıb, lakin sonradan ölkədə koronavirusa ilk yoluxma halları aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti