...

Türkiyədə koronavirusdan sağalanların sayı 68 mini ötüb

Dünya xəbərləri Materials 4 May 2020 21:36 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 68 mini ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 64 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, ölkədə 1 614 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 5 015 nəfər sağalıb, sağalanların ümumi sayı 68 166 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti