...

Portal: Dünyada 1,5 milyondan artıq insan koronavirusdan sağalıb

Dünya xəbərləri Materials 11 May 2020 20:33 (UTC +04:00)
Portal: Dünyada 1,5 milyondan artıq insan koronavirusdan sağalıb

Bakı. Trend:

Dünyada 1,5 milyondan artıq insan yeni növ koronavirusdan sağalıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 4,2 milyonu, koronavirusdan ölənlərin sayı isə 284 mini ötüb.

Bildirilir ki, hazırkı dövrədək 1 607 141 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti