...

“Lamborghini” tarixdə ilk dəfə rəqəmsal poçt markası buraxıb

Dünya xəbərləri Materials 14 May 2020 17:19 (UTC +04:00)
İtaliyanın “Lamborghini” avtomobil şirkəti tarixdə ilk dəfə rəqəmsal poçt markası buraxıb
“Lamborghini” tarixdə ilk dəfə rəqəmsal poçt markası buraxıb

Bakı. Trend:

İtaliyanın “Lamborghini” avtomobil şirkəti tarixdə ilk dəfə olaraq rəqəmsal poçt markası buraxıb.

Trend-in məlumatına görə, markalar “Bitstamps” şirkəti ilə birgə istehsal olunub.

Marka kolleksiyası ümumilikdə 20 min markadan ibarətdir və onların üzərində şirkətin 20-dən çox məşhur modelləri təsvir olunub.

Markaları yalnız “Bitstamps” mobil tətbiqi vasitəsilə alıb-satmaq mümkün olacaq.

20 min markanın hər biri unikal eyniləşdirmə nömrəsinə malik olacaq və markaların həqiqiliyi, onlara sahib olma tarixçəsi "Blockchain" texnologiyası vasitəsilə təsdiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti