...

Çində ötən sutka ərzində koronavirusa 4 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 15 May 2020 06:21 (UTC +04:00)
Çində ötən sutka ərzində koronavirusa 4 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 4 nəfərdə yeni növ koronavirusun aktiv forması və 11 simptomsuz yoluxma halı aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bütün yoluxma halları ölkənin daxilində (Tzilin əyaləti) qeydə alınıb. Xaricdən gəlmə yoluxma halları aşkarlanmayıb.

Bildirilir ki, simptomsuz yoluxma hallarından 9-u ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Hazırda 619 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 933 nəfərə çatıb, ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti