...

Kuril adaları 3 dəfə silkələndi

Dünya xəbərləri Materials 16 May 2020 06:28 (UTC +04:00)
Kuril adaları 3 dəfə silkələndi

Bakı. Trend:

Rusiyanın şimali Kuril (Saxalin əyaləti) və Cənubi Kamçatka bölgəsində üç 4,3 bal maqnitudasında zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geoloji xidmətinin Saxalin filialından xəbər verilib.

Birinci 4,3 bal maqnitudada olan yeraltı təkanın ocağının dərinliyi 130 kilometr, ikinci 4,2 bal maqnitudada olan seysmoloji hadisənin ocağının dərinliyi 63 kilometr və üçüncü 4 bal maqnitudada olan təkanın ocağının dərinliyi 176 kilometr dərinlikdə yerləşib.

Verilən məlumata əsasən dağıntı və xəsarət alanlar olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti