...

Özbəkistanda ölkədaxili təyyarə və dəmir yolu reysləri bərpa edilib

Dünya xəbərləri Materials 18 May 2020 13:39 (UTC +04:00)
Özbəkistanda ölkədaxili təyyarə və dəmir yolu reysləri bərpa edilib

Bakı. Trend:

“Uzbekistan Airways” aviaşirkəti və “Özbəkistan Dəmir Yolları” ölkədaxili müntəzəm reysləri bərpa edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nəqliyyat Nazirliyi bildirib.

Yeni qərara əsasən, reyslər mayın 18-dən etibarən yerinə yetirilir. Aviareyslər və dəmir yolu reysləri müəyyən sanitar-epidemioloji tədbirlərin görülməsi şərti ilə fəaliyyət göstərə bilər. Eyni zamanda bu reyslərdən yalnız koronavirus testindən keçən vətəndaşlar yararlana biləcək.

Özbəkistanda karantin rejimi martın 15-də elan edilib. Həmin tarixdən etibarən məktəblər bağlanıb, kütləvi tədbirlər qadağan edilib və digər ölkələrlə nəqliyyat rabitəsi dayandırılıb.

Bu günədək Özbəkistanda 2,7 mindən çox şəxs koronavirusa yoluxub, 12 nəfər isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti