...

ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

Dünya xəbərləri Materials 23 May 2020 06:06 (UTC +04:00)
ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 600 481 nəfərə çatıb. Onlardan 95 921 nəfəri ölüb, 350 135 nəfəri isə sağalıb.

Bildirilir ki, saat 05:45 üçün dünyada koronavirusa yoluxanların sayı 5 209 266 nəfərə, koronavirusdan ölənlərin sayı 338 121 nəfərə, sağalanlarınsayı isə 2 054 125 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti