...

Qırğızıstanda koronavirusa daha 30 nəfər yoluxub, 2 nəfər vəfat edib

Dünya xəbərləri Materials 25 May 2020 09:40 (UTC +04:00)
Qırğızıstanda koronavirusa daha 30 nəfər yoluxub, 2 nəfər vəfat edib

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 30 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 433 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka koronavirusdan 2 nəfər ölüb, ölənlərin ümumi sayı 16 nəfər təşkil edir.

N.Usenbayev əlavə edib ki, hazırkı dövrədək koronavirusdan 992 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti