...

İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb

Dünya xəbərləri Materials 26 May 2020 13:51 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 1 787 nəfərin koronavirusa (COVID19) yoluxması ilə ümumilikdə indiyədək bu virusa yoluxanların sayı 139 511 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, virus daşıyıcılarından 2 567 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 57 nəfərin koronavirusdan ölməsi öz təsdiqini tapıb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 7 508 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ölkədə indiyədək 109 437 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 837 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti