...

İranda daha 2 258 nәfәr koronavirusa yoluxub

Dünya xəbərləri Materials 28 May 2020 14:04 (UTC +04:00)
İranda daha 2 258 nәfәr koronavirusa yoluxub

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә daha 2 258 nәfәr koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 143 849 nәfәrә çatıb. Onlardan 2 543 nәfәrin vәziyyәti ağırdır.

O әlavә edib ki, ötәn 24 saat әrzindә daha 63 nәfәr koronavirus nәticәsindә ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 7 627 nәfәrә yüksәlib. Nazirlik rәsmisi indiyәdәk 112 988 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 876 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti