...

ABŞ-ın üç şəhərində komendant saatı tətbiq edilib

Dünya xəbərləri Materials 31 May 2020 03:03 (UTC +04:00)
ABŞ-ın üç şəhərində komendant saatı tətbiq edilib

Bakı. Trend:

ABŞ-ın Denver (Kolorado ştatı), Sinsinnati (Oqayo ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərinin merləri etiraz aksiyaları ilə əlaqədar şəhərlərdə komendant saatının tətbiq edilməsini bəyan ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Denver şəhərinin meri Maykl Henkok sakinlərə müraciətində bildirib: "Biz hər kəsin təhlükəsizliyini təmin etmək istəyirik. Buna görə, bu gün axşam saat 20:00-dan 05:00-dək (06:00 - 15:00 - red.) bazar ertəsi, 1 iyuna qədər şəhər daxilində komendant saatı tətbiq olunur"

Sinsinati şəhərinin meri Con Kranli yerli vaxtla mayın 30-u və 31-i saat 22:00-dan saat 06:00-dək (06:00 - 14:00 - red.) komendant saatı tətbiq edib.

"CNN" telekanalının məlumatına əsasən, Sinsinati şəhərində etiraz aksiyaları zamanı 11 etirazçı saxlanılıb, bir polis əməkdaşı və bir etirazçı xəsarət alıblar.

Miluoki şəhərinin meri Tom Barret də mətbuat konfransı zamanı şəhərdə komendant saatının tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, komendant saatı yerli vaxtla saat 21:00-dan tətbiq edilir (mayın 31-i saat 09:00-dan - red.).

Qeyd edək ki, etiraz aksiyaları ABŞ-ın müxtəlif yerlərində Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti