...

Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb

Dünya xəbərləri Materials 31 May 2020 06:35 (UTC +04:00)
Nyu-Yorkda daha 70 etirazçı saxlanılıb

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı azı 70 etirazşı saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "ABC" telekanalına şəhər polisindən bildiriblər.

Məlumata əsasən, polislər və etirazçılar arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı xəsarət alıb.

Telekanal qeyd edir ki, şəhərin bütün rayonlarında keçirilən etiraz aksiyalarında təxminən 1 000 nəfər iştirak edir.

Xatırladaq ki, ötən gün Nyu-Yorkda etiraz aksiyaları zamanı 200-dən artıq etirazçı saxlanılmışdı.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti